"Honda", "Bentley", "Lotus", "Audi", "Porsche", "Mercedes-Benz", "Ford", "Stellantis", "Volvo", "Rolls-Royce", "Lamborghini" və "Ferrari" elektromobil istehsalı ilə bağlı strategiyalarını dəyişərək planlarını ya azaldıb, ya da onlardan tam imtina ediblər.
Bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilir ki, buna daxiliyanma mühərrikli avtomobillərə tələbin qalması, həmçinin ABŞ və Avropada elektromobil istehsalına dəstək tədbirlərinin ləğvi səbəb olub.
Məlumata görə, strategiyaların dəyişməsi, yeni modellərin buraxılışının təxirə salınması və maliyyə planlarının yenilənməsi nəticəsində avtomobil sənayesi son bir ildə azı 75 milyard dollar itirib.
Qeyd olunub ki, bəzi istehsalçılar tam elektrikli modellərə keçid müddətini uzadıb, bəziləri isə benzin mühərrikli avtomobillərin istehsalını 2030-cu ildən sonra da davam etdirəcəyini açıqlayıblar./oxu.az