RU

Rotterdamda “Azərbaycan Mədəniyyətinin Bahar Rəngləri” adlı möhtəşəm tədbir keçirilib

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycan Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK), Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyi və Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Diasporasına Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbir yüksək səviyyədə baş tutub.

Tədbirdə Türkiyə Respublikasının Haaqa şəhərindəki fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazgan, Türkiyənin Rotterdamdakı baş konsulu Sevgi Kısacık, Azərbaycanın Niderlanddakı səfirliyinin müşaviri Nurlan Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin rəhbər heyətinin üzvü Halimə Fətullazadə, həmçinin Azərbaycan və Türkiyə diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. Bununla yanaşı, Azərbaycandan, Almaniyadan və Niderlanddan dəvət olunmuş incəsənət xadimləri tədbirə xüsusi rəng qatıb.

Tədbir çərçivəsində Hollandiyada yaşayan tanınmış rəssamlar Rasim Hüseynovun və Vəfa Rüstəmovanın rəsm sərgisi də təşkil olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təxminən 300-ə yaxın qonağın iştirak etdiyi tədbirdə Novruz bayramının zəngin milli-mənəvi dəyərləri, birlik, bərabərlik və qardaşlıq ənənələri geniş şəkildə təbliğ olunub. Proqram çərçivəsində musiqi nömrələri, milli rəqslər və mədəni çıxışlar təqdim edilib, iştirakçılara unudulmaz bayram ab-havası yaşadılıb.

Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin Avropada təbliği baxımından bu cür təşəbbüslərin əhəmiyyətini xüsusi vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
2
icma.az

3Источники