RU

“Real”ın futbolçusu niyə cəzalanıb?

“Real”ın müdafiəçisi Trent Aleksander-Arnoldun İspaniya La Liqasının 29-cu turu çərçivəsində “Atletiko”ya qarşı (3:2) əsas heyətdə oynamamasının səbəbi məlum olub.

Msport.az xəbər verir ki, ingiltərəli futbolçu məşqlərdən birinə gecikib və bu səbəbdən onu adı start heyətinə daxil edilməyib.

Lakin Trent komandanın baş məşqçisi Alvaro Arbeloa, kapitan Dani Karvahal və digər komanda yoldaşlarından üzr istəyib.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm La Liqada 14 oyunda 3 məhsuldar ötürmə verib.

 

 

Избранный
31
msport.az

1Источники