Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Avtomobil həvəskarları və ustalar arasında tez-tez işlədilən maraqlı ifadə var. Söhbət "İtalyan təmiri" metodundan gedir. Əslində bu termin heç bir rəsmi servis kitabçasında yazılmayıb. Lakin bir çox sürücü mühərrikin işini yaxşılaşdırmaq üçün fərqində olmadan bu üsuldan yararlanır.Bu ifadənin yaranma tarixi keçən əsrin ortalarına söykənir. Həmin vaxtlar İtaliyanın dar küçələrində aşağı sürətlə sürülən "Ferrari" və "Lamborghini" kimi idman avtomobillərinin mühərriklərində tez-tez problem yaranırdı. Şəhər daxilində yavaş hərəkət edən mühərrikdə yanacaq tam yanmırdı və daxili hissələrdə qurum yığılırdı. Ustalar isə bu maşınları götürüb magistral yola çıxır və yüksək dövriyyədə sürürdülər. Beləcə mühərrik qızır, yığılmış çöküntülər isə yüksək təzyiqlə xaric edilirdi. Maşın "özünə gəldiyi" üçün bu metod "İtalyan təmiri" adını alıb.Müasir avtomobillərdə də oxşar vəziyyət müşahidə olunur. Daim tıxaclarda qalan və aşağı sürətlə idarə edilən mühərriklərin klapanlarında və silindrlərində zamanla his yaranır. Magistral yola çıxıb maşını bir qədər yüksək dövriyyədə sürmək həmin qalıqların təmizlənməsinə kömək edir. Avto ekspertlər bildirirlər ki, bu proses mühərrikin nəfəs almasını asanlaşdırır və çəkiş gücünü artırır.Lakin hər şeydə olduğu kimi burada da diqqətli olmaq vacibdir. Mühərrik tam qızmadan və ya texniki nasazlıq olduğu halda yüksək sürətə çıxmaq fayda yerinə ciddi ziyan vura bilər. Sürücülər bilməlidir ki, bu üsul yalnız sağlam mühərriki profilaktik təmizləmək məqsədi daşıyır. Köhnə və yağ sızdıran aqreqatlarda belə riskli manevrlər ağır fəsadlar doğura bilər. Görünən odur ki, bəzən ən yaxşı təmir elə maşının potensialından düzgün istifadə etməkdir.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.