RU

İngiltərədə Superkubok matçının yeri dəyişdirildi

style='margin-bottom:10px;'>

İngiltərə Superkubokunun “Uembli” stadionunda keçirilməsi mümkün olmayıb.

QOL.az xəbər verir ki, 2026-cı ildə İngiltərə Superkuboku uğrunda matç Kardiffdəki “Prinsipaliti” stadionunda baş tutacaq.

Qərarın səbəbi “Uembli” stadionunda həmin tarixlərdə keçirilməsi planlaşdırılan kanadalı müğənni "The Weeknd"in konsert proqramlarıdır. Buna görə də oyun alternativ məkana köçürülüb.

Qeyd edək ki, “Prinsipaliti” stadionu daha əvvəl, 2001-2006-cı illərdə də “Uembli”nin yenidən qurulduğu dövrdə Superkubok matçlarına ev sahibliyi edib.

Xatırladaq ki, turnirin son qalibi “Liverpul”u penaltilər seriyasında məğlub edən “Kristal Pelas”dır.

Избранный
55
1
teleqraf.com

2Источники