RU

“Kor olduq tüstüsünə…“ “Afrodita”nın fəaliyyəti sakinləri qəzəbləndirib/ VİDEO

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

 Bakının “köhnə Günəşli” adlanan ərazisində yerləşən “Afrodita” şadlıq sarayının fəaliyyəti sakinləri narazı salıb.

General Şıxlınski və N.Tusi küçəsinin sakinləri bu restoranın fəaliyyətindən cana yığılıb.

Gununsesi.info-ya danışan sakinlərdən biri bildirib ki, dəfələrlə narazılıq etsələr də, şadlıq sarayı fəaliyyətində heç bir yenilik etmir:

“Hər gün axşam saatlarında şadlıq sarayının mətbəxinin bacasından qatı tüstü ətrafa yayılır. Evin içərisində belə nəfəs almaq olmur. Kabab iyi yanıq qoxusu bütün “köhnə Günəşli”yə yayılır. Şadlıq sarayının bu qanunsuz fəaliyyəti insanları narahat edir. Dəfələrlə aiddiyyatı qurumlara müraciət etmişik, lakin dəyişən heç nə yoxdur”. Sosial və Ekoloji Tərəfdaşlıq Alyansının üzvü, Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu gununsesi.info-ya açıqlamasında bildirib ki, aiddiyyati qurumlar tərəfindən mütəmadi olaraq ictimai-iaşə obyektlərində monitorinqlər aparılmalı, təmizləyici qurğuların quraşdırılması, yenilənməsi yoxlanılmalıdır. Mənim məlumatıma görə, restoran və şadlıq saraylarının 90 faizində təmizləyici qurğular quraşdırılıb. Amma təəssüf ki, qurğular vaxtaşırı təmizlənmir. Və ortaya belə bir durum çıxır. İşbazlar anlamalıdır ki, gözdən pərdə asmaq üçün təmizləyici qurğuların quraşdırılması kifayət deyil, qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməlidir”. X.Teyyublu ortaya çıxan mənzərənin rəzalət olduğunu vurğulayıb: “2026-cı ildə yaşayırıq, hələ də paytaxtın ən böyük rayonunda belə bir durumu müşahidə etmək üzücüdür. Bəlkə də bir restoranın buraxdığı tüstü ilk baxışda kiçik problem kimi görünə bilər. Amma çox sayda restoranın birlikdə yaratdığı çirklənmə şəhər ekologiyası üçün ciddi risklər yaradır. Restoran tüstüsü özündə çox vaxt yağ hissəcikləri, karbon birləşmələri və digər çirkləndiricilər ehtiva edir. Bu maddələr hava keyfiyyətini aşağı salır və şəhərlərdə duman yaranmasına səbəb olur. Restoran tüstüsünün insan sağlamlığına ciddi zərəri var. Bu tüstüdə olan hissəciklər tənəffüs yollarına daxil olur və orqanizmdə astma, bronxit, allergik reaksiyalar yaradır. Bu qatı tüstü ilə yayılan yağlı və kimyəvi hissəciklər bitkilərin yarpaqlarına yapışaraq fotosintez prosesini zəiflədir, bitkilərin böyüməsini ləngidir. Tüstüdə olan bəzi qazlar: karbon dioksid və digər yanma məhsulları istixana effektini gücləndirir, iqlim dəyişikliyinə rəvac verir. Şadlıq evlərindən qalxan tüstü faunaya da təsir edir. Beləki heyvanların yaşayış mühitini pozur, su və torpaq keyfiyyətini aşağı salır. Ona görə düzgün ventilyasiya çox vacibdir. İşbazlar qanuna əməl etməlidir, əks halda böyük miqdarda cərimələnməlidirlər”.

@gununsesi.info

Bakının “köhnə Günəşli” adlanan ərazisində yerləşən “Afrodita” şadlıq sarayının fəaliyyəti sakinləri narazı salıb. General Şıxlınski və N.Tusi küçəsinin sakinləri bu restoranın fəaliyyətindən cana yığılıb. Gununsesi.info-ya danışan sakinlərdən biri bildirib ki, dəfələrlə narazılıq etsələr də, şadlıq sarayı fəaliyyətində heç bir yenilik etmir: “Hər gün axşam saatlarında şadlıq sarayının mətbəxinin bacasından qatı tüstü ətrafa yayılır. Evin içərisində belə nəfəs almaq olmur. Kabab iyi yanıq qoxusu bütün “köhnə Günəşli”yə yayılır. Şadlıq sarayının bu qanunsuz fəaliyyəti insanları narahat edir. Dəfələrlə aiddiyyatı qurumlara müraciət etmişik, lakin dəyişən heç nə yoxdur”. Sosial və Ekoloji Tərəfdaşlıq Alyansının üzvü, Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu gununsesi.info-ya açıqlamasında bildirib ki, aiddiyyati qurumlar tərəfindən mütəmadi olaraq ictimai-iaşə obyektlərində monitorinqlər aparılmalı, təmizləyici qurğuların quraşdırılması, yenilənməsi yoxlanılmalıdır. Mənim məlumatıma görə, restoran və şadlıq saraylarının 90 faizində təmizləyici qurğular quraşdırılıb. Amma təəssüf ki, qurğular vaxtaşırı təmizlənmir. Və ortaya belə bir durum çıxır. İşbazlar anlamalıdır ki, gözdən pərdə asmaq üçün təmizləyici qurğuların quraşdırılması kifayət deyil, qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməlidir”. X.Teyyublu ortaya çıxan mənzərənin rəzalət olduğunu vurğulayıb: “2026-cı ildə yaşayırıq, hələ də paytaxtın ən böyük rayonunda belə bir durumu müşahidə etmək üzücüdür. Bəlkə də bir restoranın buraxdığı tüstü ilk baxışda kiçik problem kimi görünə bilər. Amma çox sayda restoranın birlikdə yaratdığı çirklənmə şəhər ekologiyası üçün ciddi risklər yaradır. Restoran tüstüsü özündə çox vaxt yağ hissəcikləri, karbon birləşmələri və digər çirkləndiricilər ehtiva edir. Bu maddələr hava keyfiyyətini aşağı salır və şəhərlərdə duman yaranmasına səbəb olur. Restoran tüstüsünün insan sağlamlığına ciddi zərəri var. Bu tüstüdə olan hissəciklər tənəffüs yollarına daxil olur və orqanizmdə astma, bronxit, allergik reaksiyalar yaradır. Bu qatı tüstü ilə yayılan yağlı və kimyəvi hissəciklər bitkilərin yarpaqlarına yapışaraq fotosintez prosesini zəiflədir, bitkilərin böyüməsini ləngidir. Tüstüdə olan bəzi qazlar: karbon dioksid və digər yanma məhsulları istixana effektini gücləndirir, iqlim dəyişikliyinə rəvac verir. Şadlıq evlərindən qalxan tüstü faunaya da təsir edir. Beləki heyvanların yaşayış mühitini pozur, su və torpaq keyfiyyətini aşağı salır. Ona görə düzgün ventilyasiya çox vacibdir. İşbazlar qanuna əməl etməlidir, əks halda böyük miqdarda cərimələnməlidirlər”. #xeber #xəbər #news

♬ orijinal səs – Gununsesi.info

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
icma.az

1Источники