RU

Qırğızıstan DİN rəhbəri siqaretə görəCƏRİMƏLƏNDİ

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. 

“Instagram” sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığında siqaret çəkdiyini əks etdirən görüntü yayımlanıb. Hadisənin Ramazan bayramı (“Uraza bayramı”) namazı zamanı baş verdiyi bildirilir.

Nazirliyin dərc etdiyi protokola əsasən, qayda pozuntusuna görə nazir 3000 som (təxminən 59 AZN) cərimə ödəyib. 

Qeyd edək ki, 2024-cü ildən başlayaraq Qırğızıstanda icazə verilən ərazilərdən kənarda siqaret çəkməyə görə cərimə 1000 somdan (19.44 AZN) 3000 soma 59 AZN) qədər artırılıb.

Избранный
4
2
redaktor.az

3Источники