“Qalatasaray”ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.
QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, “Liverpul”la oyunda qolundan zədə alan nigeriyalı hücumçu uğurla əməliyyat olunub.
Qeyd edək ki, Osimhenin təxminən 5-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu müddətdə onun bir neçə çempionat və kubok oyununu buraxacağı ehtimal olunur.