Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.
Publika.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.
Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.