Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, qəza günorta saatlarında Seydişehir rayonunda baş verib.
İlkin məlumata görə, Antalyadan Konya istiqamətində hərəkət edən avtobus yağış səbəbindən sürüşkən yolda idarəetməni itirib. Hadisə zamanı avtobusda 37 sərnişin olub.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Bizim.Media