RU

“Hüsnü”dən “Arka Sokaklar” etirazı

"Arka Sokaklar" serialında komissar Hüsnü obrazını canlandıran Özgür Ozan baş rolda olduğu serial barədə maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, 20 sezondur fasiləsiz rol aldığı serialda artıq işin sona çatmasını istədiyini bildirib.

Seriala başlayanda 40, indi isə 60 yaşında olduğunu və 20 yaşlı oğlu da daxil olmaqla hər nəsilin onu izlədiyini deyən Özgür Ozan bildirib:

"Hər il deyirəm, bəlkə bu il bitəcək? Daha 20 il davam edəcəkmi bilmirəm? Davam etməsin!" - deyə, etiraf edib. (olay)

Milli.Az 
 

Избранный
47
2
milli.az

3Источники