RU

Gizli həqiqət - “Neftçi”yə nə üçün belə acizanə təslim oldular?

Ardıcıl iki oyunda 11 cavabsız qol…

«İmişli»nin qara tablosu bundan ibarətdir. İnanmaq hər nə qədər çətin olsa da.

«İmişli» bir neçə yaxşı legioneri olan, müdafiəyə yönəlmiş öz dəst-xəttini formalaşdırmış, bu mənada Premyer Liqanın əksər iştirakçılarından fərqlənən komandadır.

Açığı, mən təsəvvür etməzdim ki, arxa xətti betonlaşmış «İmişli» belə vəziyyətlə üzləşər, qapısı «aşsüzən»ə dönər.

Birinci zonada daim diqqətli oyunu ilə diqqətimi çəkən, rəqiblərə açıq verməyən, taktiki cəhətdən necə mübarizə aparmağı bilən «İmişli»nin «Sabah»dan 5, «Neftçi»dən 6 qol «yeməsi»nə heyrətimi gizlədə bilmirəm.

Burada mütləq bir sirr var, etiraf edirəm ki, mən onu tapmağa, müəyyənləşdirməyə çətinlik çəkirəm.

Əlimdə elə bir informasiya yoxdur ki, deyim, düşərgədə qarışıqlıq hökm sürür, futbolçular baş məşqçi ilə yola getmir, hər məşq dava-dalaşdan əskik olmur.

Amma gördüyüm odur ki, əksər oyunçular son həftələri yola verir, əzmkarlığı yerə qoyublar.

«Neftçi» ilə matçda iki nəfəri fərqləndirərdim. Belaruslu qapıçı Andrey Sinenko və serbiyalı yarımmüdafiəçi Nikola Karaklaiç əlindən gələni etdi, yoldaşları tamaşa etdi, dayandı.

Təcrübəmə əsaslanıb, bir təxmin irəli sürə bilərəm indi: emossiyalar ölüb. Liqada qalacaqlarına əmin olduqları üçün «silah»ı vaxtından xeyli əvvəl təhvil veriblər.

İlk iki dövrədə «Neftçi» ilə bir dəfə qolsuz heç-heçə etmiş, sonra da qalib gəlmiş komandadır bu. Stimulun yoxluğunun yaratdığı anarxiyaya baxın da…

ELNUR

Избранный
17
sportinfo.az

1Источники