RU

"Çelsi" Lautaro Martines üçün "kisənin ağzını açır"

İngiltərə Premyer Liqasının nəhəngləri heyətini gücləndirmək üçün transfer bazarına böyük büdcə ayırmağa davam edir.

Fanat.Az xəbər verir ki, "Çelsi" İtaliyanın "İnter" klubunda çıxış edən Lautaro Martines üçün rəsmi təklif hazırlayıb.

London təmsilçisinin argentinalı forvard üçün 85 milyon avro ödəməyə hazır olduğu bildirilir. Hazırda 28 yaşında olan Martines, cari mövsümdə "İnter" forması ilə çıxdığı 35 oyunda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücum xəttindəki kəsiri aradan qaldırmaq istəyən "zadəganlar"ın bu transferdə olduqca israrlı olduğu qeyd edilir. "İnter"in kapitanı olan ulduz futbolçunun İtaliya klubundan ayrılıb Premyer Liqaya keçməyə müsbət yanaşacağı ehtimal olunur.

Избранный
29
2
fanat.az

3Источники