RU

Qırğızıstanda nazir ictimai yerdə siqaret çəkdiyinə görə cərimələndi - FOTO

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı kaktus.media-ya ölkənin Daxili İşlər Nazirliyi təsdiqləyib.

Məlumata görə, dünən sosial mediada Qırğızıstanın daxili işlər nazirinin ictimai yerdə siqaret çəkdiyini göstərən video yayılıb.

Bu gün məlum olub ki, nazirə qarşı protokol tərtib edilib və 3 000 som (təxminən 60 manat - red. ) məbləğində cərimələnib.

"Cebheinfo.az"

Избранный
55
2
cebheinfo.az

3Источники