Məsələ belə olub: “Автор i” saytından olan jurnalist Ruslan Pankratov ondan Ermənistanın baş naziri Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı zamanı dediyi fikirlərə münasibətini soruşub. Həmin çıxışında Paşinyan belə deyib: “Ölkədəki bəzi din xadimləri – o şəxslər ki, vaxtilə SSRİ KQB-nin agentləri olublar,- Ermənistanın müstəqilliyini üçüncü dövlətlərin marağına qurban verməyə çalışırlar”.
Burada “vaxtilə KQB-nin agenti olmuş din xadimi” deyiləndəkatalikos II Qareginin (Ktriç Nersisyan), “üçüncü dövlət” deyiləndə isə Rusiyanın nəzərdə tutduğu Ermənistandakı prosesləri az-çox izləyən hər kəsə gün kimi aydındır. Ona görə də dialoqun sonrakı hissəsi tamamilə anlaşılmaz görünür.
Mariya Zaxarova guya dəqiqləşdirmək məqsədilə soruşur: “Mən başa düşmürəm ki, Paşinyan “KQB-nin əməkdaşları” deyəndə kimi nəzərdə tutur? Cənab Əliyevimi? Heydər Əliyevin haqqındamı belə deyir?”
Halbuki, sualda açıq şəkildə və aydın diksiya ilə deyilirdi: Paşinyan Ermənistandakı bəzi din xadimlərini nəzərdə tutaraq belə deyib. Bunu başa düşməmək üçün insan ya ciddi diqqət çatışmazlığından əziyyət çəkməli, ya da idrak problemləri olmalıdır. Üçüncü variant da mümkündür: adam özünü sadəcə, qanmazlığa qoya bilər.
Maraqlıdır, görəsən Mariya Zaxarova da bunlardan hansıdır?
Vüsal Məmmədov
AzVision.az
Azərbaycanın Xarici İşlər Nazirliyinin cavabı ilə buradantanış ola bilərsiniz.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта