RU

Fransanın keçmiş baş naziri vəfat etdi

Fransanın keçmiş baş naziri Lionel Jospen 88 yaşında vəfat edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Məlumata görə, Jospen 1997-ci ildən 2002-ci ilə qədər prezident Jak Şirakın dövründə Fransa hökumətinə rəhbərlik edib.

Onun rəhbərliyi altında nazirlər kabineti bir sıra sosial-iqtisadi islahatlar həyata keçirib. Bunların ən əhəmiyyətlisi qanunvericilik yolu ilə əvvəlki əməkhaqqı səviyyəsini saxlamaqla iş həftəsinin 39 saatdan 35 saata qədər azaldılması olub.

1988-ci ildən 1992-ci ilə qədər Jospen Fransanın təhsil naziri vəzifəsində çalışıb. Həmin dövrdə o, məktəb sistemində islahatlara başladıb.

Jospen 1995-ci ildə prezidentliyə namizəd kimi böyük siyasətə qayıdıb, lakin seçkidə Şiraka uduzub. Siyasətçi 2002-ci ildə yenidən ölkə prezidentliyinə namizədliyini irəli sürüb və yenə məğlub olub. Bundan sonra Jospen siyasi karyerasını başa vurub.

Sabiq baş nazir 2012-ci ildə qismən dövlət işlərinə qayıdıb, Fransanın Konstitusiya Şurasına təyinat alıb və burada konstitusiya nəzarəti məsələləri üzrə ixtisaslaşıb.

"Cebheinfo.az"

Избранный
39
1
cebheinfo.az

2Источники