RU

Zidan Fransa millisi ilə şifahi razılıq əldə edib

Zidan Fransa millisi ilə şifahi razılıq əldə edib

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan Fransa Futbol Federasiyası (FFF) ilə milli komandaya rəhbərlik etmək barədə şifahi razılığa gəlib.

AFN.az "Le 10Sport" portalına istinadən xəbər verir ki, hazırkı baş məşqçi Didye Deşam 2026-cı il dünya çempionatından sonra postunu tərk edəcək.

Danışıqlarda əsas məsələ məşqçilər heyətinin genişləndirilməsidir; Zidan Deşamın mövcud heyətindən daha çox köməkçi ilə çalışmaq istəyir. 53 yaşlı mütəxəssis karyerası ərzində "Real" ilə üç dəfə Çempionlar Liqasının qalibi olub, Fransa millisinin heyətində isə həm dünya, həm də Avropa çempionluğunu qazanıb.

Избранный
90
afn.az

1Источники