RU

“Finalda uduzmaq heç nə demək deyil”

“Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays İngiltərə Liqa Kubokunun finalında “Mançester Siti”yə məğlubiyyəti şərh edib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.

“Finalda uduzmaq heç nə demək deyil. Bu, bizi sadəcə daha da qəzəbləndirdi və daha istəkli etdi. İndi mövsümü güclü başa vurmaq üçün qələbələri davam etdirməyi daha çox arzulayırıq”

Martın 22-də “Arsenal” “Mançester Siti”yə “Uembli” stadionunda keçirilən oyunda 0:2 hesabı ilə uduzub.

İngiltərə çempionatında “topçular” liderliyini qoruyur və bir oyun artıq keçirməsinə baxmayaraq, rəqibini 9 xal qabaqlayır.

Bundan əlavə, aprel ayında “Arsenal” həm İngiltərə Kubokunun, həm də Avropanın ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsində çıxış edəcək. Rəqiblər isə müvafiq olaraq “Sauthempton” və “Sportinq” komandaları olacaq.

Избранный
38
90deqiqe.az

1Источники