RU

AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər

AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən III "UEFA Grow" Konfransında iştirak ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.

Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.

"Cebheinfo.az"

Избранный
67
14
cebheinfo.az

10Источники