RU

İran alovlar içində – Tehran, İsfahan və Əhvaz eyni vaxtda bombalandı

Martın 23-nə keçən gecə ABŞ və İsrail koalisiya qüvvələri İrana qarşı genişmiqyaslı "Şir nəriltisi" (Operation Roaring Lion) əməliyyatının növbəti mərhələsini həyata keçirərək, ölkənin demək olar ki, bütün böyük şəhərlərini ağır atəşə tutub.

Musavat.com xəbər verir ki, "Al Jazeera" və "Al Hadath" telekanallarının yaydığı məlumata görə, partlayış səsləri eyni vaxtda Tehran, İsfahan, Əhvaz, Xürrəmabad, Urmiya və Kərəc şəhərlərindən eşidilib. Paytaxt Tehranda zərbələr xüsusilə Müdafiə Nazirliyinin binalarının yerləşdiyi rayonları və strateji hərbi obyektləri hədəf alıb.

Məlumata görə, hücumun ən strateji hədəflərindən biri Tehranın şərqindəki Pardis bölgəsində yerləşən helikopter zavodu olub. Həmin zavodun SEPAH-ın hava qüvvələri üçün döyüş helikopterləri istehsal etdiyi və son vaxtlar Rusiyadan alınan "Mi-28" texnologiyalarının burada tətbiq olunduğu bildirilirdi. Şahidlər zavod ərazisində güclü partlayışların baş verdiyini və yanğının hələ də davam etdiyini bildirirlər. Eyni zamanda:

İsfahanda: Raket istehsalı müəssisələri və HHM batareyaları hədəf alınıb.

Əhvazda: Strateji neft infrastrukturuna yaxın olan hərbi anbarlar vurulub.

Kərəcdə: PUA istehsalı mərkəzlərinə dəqiq zərbələr endirilib.

Pentaqon rəsmiləri bu hücumların İranın hərbi-sənaye potensialını tamamilə sıradan çıxarmaq məqsədi daşıdığını bəyan ediblər. İlkin qiymətləndirmələrə görə, son 24 saat ərzində İran daxilində 800-dən çox hədəf məhv edilib ki, bu da müharibənin başlanmasından bəri ən ağır zərbə dalğalarından biri hesab olunur. Hazırda bir çox şəhərlərdə elektrik enerjisinin kəsildiyi və internet rabitəsinin iflic olduğu bildirilir.

Musavat.com

Избранный
79
musavat.com

1Источники