RU

AMADA ilə Beynəlxalq Cüdo Federasiyası əməkdaşlığı genişləndirir

Milli Antidopinq Agentliyi ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

İdman.Biz agentliyə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının hüquqşünası Tamas Vass və antidopinq koordinatoru Andrea Ember Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qonağı olublar.

Qonaqlar AMADA-nın fəaliyyəti ilə yaxından tanış olub, agentliyin təmiz idmanın təşviqi istiqamətində həyata keçirdiyi layihələr, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə məlumatlandırılıblar.

Qurum rəsmiləri Azərbaycanda təmiz və ədalətli idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, bu sahədə əldə olunan nailiyyətləri xüsusi vurğulayıblar.

Görüş çərçivəsində antidopinq sahəsində testetmə və təhsil istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

İdman.Biz
Избранный
53
6
idman.biz

7Источники