RU

Nyu-York hava limanında təyyarə qəzasında 40-dan çox yaralı var -YENİLƏNİB

Air Canada Express təyyarəsinin La Quardia hava limanında nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya çatdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə hava limanı administrasiyasının icraçı direktoru Ketrin Qarsiya bildirib.

Onun sözlərinə görə, zərər çəkənlərdən bəziləri ciddi xəsarətlər alıb, lakin kritik yaralananların sayı dəqiqləşdirilməyib

***

Kanadaya məxsus təyyarə Nyu-Yorkun La-Quardia hava limanında Kanadanın "Air Canada Express" aviaşirkətinə məxsus Bombardier CRJ-900 tipli təyyarə qəza törədib.

Redaktor.az xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

Təyyarə eniş edən zaman yanğınsöndürən maşınla toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində təxminən 70 nəfər xəsarət alıb. Onların arasında avtomobildə olan 5 yanğınsöndürən (onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir) və təyyarənin sərnişinləri də var. Təyyarənin göyərtəsində təxminən 100 nəfər olub.

Toqquşmanın görünüş məhdudiyyəti və əlverişsiz hava şəraiti fonunda baş verdiyi bildirilir. Məlumata görə, yanğınsöndürən maşın laynerin enişi zamanı uçuş-enmə zolağını keçməyə cəhd edib.

Hadisə nəticəsində hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Toqquşmanın zəif görmə şəraiti və əlverişsiz hava şəraiti fonunda baş verdiyi bildirilir. Məlumata görə, yanğınsöndürmə maşını laynerin enişi zamanı uçuş-enmə zolağını keçməyə cəhd edib.

Избранный
63
1
redaktor.az

10Источники