RU

Corcinadan 20 milyon dollarlıq Foto

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ulduz futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez son paylaşımı ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, Corcina lüks avtomobildə Ronaldo ilə çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.

Həmin paylaşım qısa müddətdə böyük maraq doğurub. İzləyicilərin diqqətini ən çox cəlb edən isə fotodakı dəbdəbədir.

Belə ki, fotodakı zinət əşyaları və avtomobilin 20 milyon dollardan artıq qiyməti olduğu bildirilir. Ayrı-ayrılıqda məbləğlər isə belədir:

Bugatti Centodieci: 13.500.000 dollar;

Nişan üzüyü: 6.000.000 dollar;

Patek Philippe 5719/10G saatı: 700.000 dollar;

Qadın saatı Patek Philippe 7118/1450R: 450.000 dollar.

Qeyd edək ki, Ronaldo uzun müddətdir birlikdə yaşadığı və uşaqlarının anası olan Corcinaya evlilik təklif edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
1
qafqazinfo.az

2Источники