RU

Ararat Mirzoyan: İrəvan və Ankara tələbə təqaüdlərinin təsis edilməsini müzakirə edir

Ermənistan və Türkiyə "ümidverici dialoq" aparır, iki ölkənin ali məktəblərində tələbələr üçün təqaüdlərin təsis edilməsi imkanı müzakirə olunur.

"Far.Az" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

"Hazırda Ermənistan və Türkiyə arasında kifayət qədər dinamik və ümidverici dialoq aparılır. İndi biz bir-birimizin tələbələri üçün təqaüdlərin təsis edilməsi imkanını müzakirə edirik", - o vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, Ermənistan və Türkiyə arasındakı dialoq diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması üçün kifayət qədər yetkin səviyyəyə çatıb:

"Ermənistan və Türkiyə arasındakı dialoq cari proseslərlə yanaşı, tam nəticəyə - yəni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və sərhədin tam açılmasına gətirib çıxaracaq kifayət qədər yetkin səviyyəyə çatıb. Buna heç bir şübhə yoxdur və biz eyni mesajı türkiyəli tərəfdaşlarımıza da çatdırırıq".

Избранный
55
far.az

1Источники