RU

NATO-dan İrana xəbərdarlıq: “Hər santimetri müdafiə edəcəyik”

NATO-nun Baş katibi Mark Rutte İranın Berlin, Roma və Londona zərbə endirmək imkanları ilə bağlı açıqlama verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rutte NATO-nun öz müttəfiqlərini müdafiə etməyə hazır olduğunu deyib. “Dəqiq bildiyimiz bundan ibarətdir ki, onlar belə bir qabiliyyəti inkişaf etdirməyə çox yaxındırlar. 

Dieqo Qarsiyadakı Britaniya bazası məsələsində bunun doğru olub-olmadığını hələ də qiymətləndiririk. Əgər doğrudursa, bu, onların artıq bu imkana sahib olduqları anlamına gəlir. Əgər doğru deyilsə, o halda onlar bu imkana çox yaxındırlar. Ona görə də, düşünürəm ki, Avropadakı əksər siyasətçilər, İranı yenidən xaos ixracatçısı olmaq, bölgədə və dünyada xaos yaymaq qabiliyyətindən məhrum edən prezidentin burada gördüyü işlərə heyran olurlar”. 

Bundan başaqa, Rutte müttəfiqlərin ərazisini müdafiə etməyə hazır olduqlarını bəyan edib. “Biz yüksək hazırlıq vəziyyətindəyik və müttəfiqlərin ərazisinin hər santimetrini müdafiə etməyə hazırıq.

Son həftələrdə biz buna bir daha əmin olduq. İrandan Türkiyəyə doğru atılan ballistik raketləri ələ keçirdik”,-deyə NATO-nun baş katibi bəyan edib. 

Избранный
58
1
cebheinfo.az

2Источники