RU

Kənan Yıldızın tarixi qolu Yuve yə qələbə gətirmədi

ain.az, Footbal-plus saytına istinadən bildirir.

İtaliya çempionatının 30-cu turunda ''Yuventus'' öz meydanında ''Sassuolo'' ilə qarşılaşdı. "Football-plus.az" xəbər verir ki, aşkar favorit sayılan Turin nəhəngi Kənan Yıldızın 14-cü dəqiqədə vurduğu qolla fasiləyə öndə yollansa da, qalib gələ bilmədi. Qonaqlar 52-ci dəqiqədə Andrea Pinamonti ilə bərabərlik qolunu vurdular və görüş 1:1 hesabı ilə yekunlaşdı. ''Yuve'' 87-ci dəqiqədə Manuel Lokatelli ilə penaltidən də yararlana bilmədi. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan ''qoca sinyora'' yenə mühüm xallar itirdi. Kənan Yıldız bu mövsüm A seriyasında 10-cu qolunu vurdu. Komandasının ən məhsuldar oyunçusu olan türkiyəli ulduz bu qol sayəsində mühüm bir göstəriciyə nail oldu. O, ''Yuve'' tarixində 21 yaşı tamam olmadan bir mövsümdə A seriyasında 10 qol həddinə çatan ilk əcnəbi futbolçu oldu! Ümumilikdə isə Kənan klub tarixində bunu bacaran 7-ci futbolçu oldu. Sonuncu dəfə ''Yuve''nin heyətində 21 yaşa çatmadan çempionatda ən azı 10 qol vuran futbolçu 1970/71-də Roberto Batteqa olmuşdu. Oyun həm də ''Yuve''nin iki qol silahı - Duşan Vlahoviç və Arkadiuş Milikin geri dönüşü ilə əlamətdar oldu. Vlahoviç ötən ilin oktyabrından, Milik isə 2024-ün mayından bu yana ilk dəfə rəsmi oyuna çıxdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
icma.az

2Источники