RU

İRİA və “Plug and Play” startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-ninnüfuzlu innovasiya şirkəti olan “Plug and Play”in əməkdaşlığıçərçivəsində yüksəkpotensiallı startapların “Silikon vadisi”ekosisteminə çıxışını sürətləndirən "GOAL" proqramına (softlanding) start verilib.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən(İRİA) məlumat verilib.

Bildirilib ki, proqram ərzində startaplar yeni bazarlara çıxışməqsədilə strateji hazırlıq, adaptasiya, uğurlu rəqabət vəinvestisiya cəlbi kimi bacarıqlara yiyələnəcək, “Plug and Play”inaparıcı ekspertlərinin mentorluq dəstəyi və “Silikon vadisi”ninşəbəkələşmə imkanlarından faydalana biləcəklər.

Proqram 13 aprel – 26 may 2026-cı il tarixlərində keçiriləcək vəson iki həftəsi ABŞ-nin texnologiya nəhənglərinin yerləşdiyiSilikon vadisində baş tutacaq. Proqram ərzində startapların,həmçinin “Plug and Play” şirkətinin təşkilatçılığı ilə keçirilən“Silicon Valley Summit”də iştirakı nəzərdə tutulur. Hər il minlərləiştirakçını cəlb edən bu sammit dünyanın ən böyük innovasiyatədbirlərindən biri olmaqla qlobal şirkətləri, investorları,startapları və ekosistem liderlərini bir araya gətirir. Bununlayanaşı, proqramda iştirak edən startaplar xüsusi qiymətləndirmə iləseçilərək sammitdə investorlar önündə çıxış etmək imkanı da əldəedəcəklər.

Proqrama müraciətlər 3 aprel 2026-cı il tarixinədək açıq olacaq.Startaplar bu linküzərindən proqrama müraciət edə bilər.

Избранный
51
5
az.trend.az

6Источники