RU

Strateji stansiyalar vuruldu: İranda "elektrik qiyaməti" başladı

İranın paytaxtı Tehran bazar ertəsi sübh saatlarında endirilən kütləvi aviazərbələrdən sonra genişmiqyaslı elektrik kəsintiləri ilə üz-üzə qalıb və şəhər faktiki olaraq xaosun pəncəsinə düşüb.

Musavat.com xəbər verir ki, "New York Times" (NYT) nəşri yerli sakinlərə istinadən paytaxtın böyük hissəsində işıqların söndüyünü və infrastrukturun ciddi zərər gördüyünü bildirib. Bu hadisə İsrailin Tehranın enerji infrastrukturunu hədəf alacağı barədə rəsmi xəbərdarlığından cəmi bir neçə saat sonra baş verib.

İran mediası şəhərin müxtəlif nöqtələrində, xüsusən şərq, qərb və şimal rayonlarında güclü partlayışların olduğunu təsdiqləyib. Şahidlərin verdiyi məlumata görə, ard-arda endirilən raket zərbələri nəticəsində yüksək gərginlikli yarımstansiyalar və paylayıcı şəbəkələr sıradan çıxıb. Hazırda Tehranın mərkəzi küçələrində svetoforların işləməməsi səbəbindən nəhəng tıxaclar yarandığı, metronun fəaliyyətinin dayandığı və bir çox dövlət müəssisələrinin işini dondurduğu qeyd olunur. Rabitə və internet xidmətlərində də ciddi fasilələr müşahidə edilir ki, bu da əhali arasında təşvişi daha da artırır.

Analitiklər vurğulayırlar ki, enerji sisteminin bu dərəcədə çökdürülməsi İranın hava hücumundan müdafiə radarlarının və komanda-idarəetmə mərkəzlərinin fəaliyyətini də çətinləşdirir. Rəsmi Tehran hələlik elektrik enerjisinin nə vaxt bərpa olunacağı barədə məlumat verməyib, lakin zədələnmiş stansiyaların təmiri üçün hərbi mühəndislərin cəlb olunduğu bildirilir.

Musavat.com

Избранный
93
musavat.com

1Источники