Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Orxan özü məlumat yayıb:
“Təəssüf ki, bu gün çox pis bir gün oldu — bütün qarajı itirdik. Maşını zədələnmiş halda güclə çıxara bildik, amma təəssüf ki, başqa heç nəyi xilas etmək mümkün olmadı.
Uzun müddət ərzində topladığım hər şey məhv oldu. Əsas odur ki, heç kim xəsarət almadı. Buna görə də yaşamaq və hər günün qədrini bilmək lazımdır.
Hər şey düzələcək”.
Sara, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта