Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı gənc itkin düşüb.Metbuat.az xəbər verir ki, bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Bayramzadə Ömər Yaşar oğlu 3 həftə əvvəl Kolumbus şəhərindəki evdən çıxıb. Bu günə qədər Ömərdən xəbər yoxdur.Hazırda onun axtarışları hüquq-mühafizə orqanları tərəfindən aparılır. Yaxınları gənci görənlərdən ABŞ-də aktiv olan 612 972 2860 nömrəsinə məlumat vermələrini xahiş edirlər.