"İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi MLS-də Nyu-York Sitiyə qarşı keçirdikləri oyunda (3:2) rəqib qapısına cərimə zərbəsindən yol tapıb.
Fanat.Az xəbər verir ki, bu, argentinalı ulduzun karyerasında 71-ci belə qol olub.
O, Peleni (70 qol) geridə qoyaraq bu göstəricidə futbol tarixində ikinci pilləyə yüksəlib.
Siyahıya isə hələ də 77 qolla braziliyalı Juninyo Pernambukano başçılıq edir.
Toğrul