RU

“24 il sənin siyasi karyeranın kölgəsində qaldım” - Əri Bahar Muradovadan YAZDI

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 20-də növbəti ad gününü qeyd edib. Komitə sədrinin 64 yaşı tamam olub.

"Cebheinfo.az" xəbər verir ki, Bahar Muradovanın həyat yoldaşı Rafael Quliyev xanımını özünəməxsus üslubda təbrik edib.

O, "Facebook"-da belə yazıb:

“Bahar, 24 illik birgə həyatımız ərzində sənin siyasi karyeranın kölgəsində qalmağa çalışmışam. Ona görə də səni ad günün münasibətilə yalnız ev şəraitində təbrik etmişəm.

Düşünürəm ki, bu “karantin” artıq geridə qalıb. Biz sübut etdik ki, ailədə hər iki tərəf əsas məsələlərdə eyni düşünür və bir-birini dəstəkləyirsə, belə ailə tandemi almazdan da möhkəm olur.

Allah həyatımızdan nəyisə silirsə, deməli, tezliklə onun yerinə yeni və daha işıqlı bir şey yazacaq.

Həyatımı səninlə bağladığım üçün xoşbəxtəm. Bu sözləri deməkdən çəkinmirəm, çünki bundan sonra sənin haqqında deyiləcək hər şey sənin xarakterinin yalnız kiçik bir hissəsidir.

Sənin fəaliyyətində üzləşdiyin və qətiyyətlə həll etdiyin problemləri məndən yaxşı heç kim bilə bilməz.

Sən işinin mövzusu üzrə beynəlxalq forumlarda ölkəmizi böyük uğurla təmsil edirsən. Heç vaxt kiməsə ölkəmizi və onun siyasətini qaralamağa imkan vermirsən.

Səni ad günün və Bahar bayramı münasibətilə təbrik edirəm - baxmayaraq ki, sən özün də elə “Bahar”san. Allah sənə sağlam və uzun ömür versin, Vətənimiz - Azərbaycan naminə.

Ümid edirəm ki, bu yazını oxuyanlar fikirlərimi bir qədər sərbəst ifadə etdiyim üçün məni bağışlayacaqlar. Yazdıqlarım Bahar xanımın müsbət keyfiyyətlərinin yalnız kiçik bir hissəsidir”.

Cütlüyün bir qızı var.

"Cebheinfo.az"

Избранный
9
6
cebheinfo.az

8Источники