Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasındaticarət əməliyyatlarının həcmi 176,6 milyon ABŞ dolları təşkiledib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 28 milyon ABŞ dolları və ya 18,9% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,82%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədəqərarlaşıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 158,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən 21,6%çoxdur. Bununla da hesabat dövründə Gürcüstan Azərbaycanın ən çoxməhsul ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Dövr ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının77,2 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Gürcüstan13,29% payla 3-cü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neftməhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici iləmüqayisədə 24,2 milyon ABŞ dolları və ya 45,8% artıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 18,3 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 58 min ABŞ dolları və ya 0,3% azalmademəkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.