RU

“Real Madrid” derbidə qalib gəldi

İspaniya La Liqasının 29-cu turunda “Real Madrid” futbol klubu “Atletiko Madrid”i 3-2 hesabı ilə məğlub edib.

KONKRET.az trend-ə istinadən bildirir ki, görüş “Santayaqo Bernabeu” stadionunda keçirilib.

Qalib komandanın heyətində qolları Vinisius (52-ci və 72-ci dəqiqələr) və Federiko Valverde (55) vurublar. “Atletiko Madrid”in heyətində Ademola Lookman (33) və Nahuel Molina (66) fərqləniblər.

“Real Madrid”in 69 xal toplayıb və turnir cədvəlində ikinci yerdədir. Komanda “Barselona”dan dörd xal geridədir. “Atletiko” liqada dörd oyunluq qələbə seriyasına son qoyub. Klub 57 xalla dördüncü yerdədir.

Избранный
36
5
konkret.az

6Источники