RU

Müəllimin bu hərəkəti etiraz doğurdu FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

İstanbulun Üsküdar səmtindəki məktəblərin birində çəkilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sinif otağında qeydə alınan videoda müəllimin fərqli corablar geyindiyi ayaqlarını şagirdlərə doğru uzatması birmənalı qarşılanmayıb.Görüntülərin 21 Mart Beynəlxalq Daun Sindromu Günü münasibətilə keçirilən tədbir zamanı çəkildiyi bildirilir. Həmin günün rəmzi olan fərqli corablar geyinmək ənənəsi ilə cəmiyyətdə fərqliliklərin gözəlliyinə diqqət çəkmək məqsədi güdülüb. Lakin müəllimin sinifdəki davranışı və bu mesajı çatdırma forması izləyicilər tərəfindən tənqid edilib.Sosial media istifadəçiləri müəllim masasında əyləşərək ayaqlarını şagirdlərə tərəf sallamağın pedaqoji etikaya sığmadığını vurğulayıblar. Bir çox insan məqsədin xeyirli olmasına baxmayaraq, təqdimatın yanlış olduğunu və təhsil işçilərinin davranışlarında daha diqqətli davranmalı olduqlarını qeyd edib. Hadisə ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
99
demokrat.az

1Источники