RU

SEPAH İsrail ordusunun mövqelərinə və ABŞ bazasına zərbələr endirildiyini açıqlayıb

BAKI, 23 mart. TELEQRAF

İranın hərbi qurumu regionda yeni hücumlar həyata keçirildiyini bildirib.

Teleqraf xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisində yerləşən yeni hərbi mövqelərə zərbələr endirildiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, münaqişə başlayandan bəri 75-ci hücum dalğası çərçivəsində İsrailin müxtəlif bölgələrində yerləşən hərbi obyektlər və sığınacaqlar hədəfə alınıb. Bildirilib ki, zərbələr xüsusi bölmələrin əvvəlcədən əldə etdiyi kəşfiyyat məlumatları əsasında həyata keçirilib.

SEPAH əlavə edib ki, hücumlar zamanı ABŞ-ın Səudiyyə Ərəbistanında yerləşən Əl-Xarc şəhəri yaxınlığındakı şahzadə Sultan aviabazası da ballistik raketlərlə vurulub.

Избранный
186
teleqraf.com

1Источники