RU

“Barselona” Alvares üçün Ferran Torres qurban verir

İspaniyanın “Barselona” futbol klubu hücum xəttini “Atletiko”nun ulduzu və Argentina millisi ilə dünya çempionu olan Xulian Alvareslə gücləndirməyi planlaşdırır.

İdman.Biz “Cadena Ser” nəşrinə istinadla xəbər verir ki, klub prezidenti Joan Laportaya yaxın mənbələr bu transferin reallaşması üçün Ferran Torresin mübadilə prosesinə daxil edilə biləcəyini təsdiqləyiblər.

Kataloniyalıların planına əsasən, polşalı Robert Levandovski ilə müqavilə daha bir il müddətinə uzadılacaq. Lakin yeni razılaşmaya görə, 37 yaşlı hücumçunun maaşı azaldılacaq və o, komandada əsasən ehtiyat oyunçu rolunu yerinə yetirəcək. Xulian Alvaresin isə əsas hücumçu olması, cinahlarda Rafinya və Lamin Yamalla birlikdə hücum triosunu tamamlaması gözlənilir.

Klub rəhbərliyi bu transferin maliyyə tərəflərinə də nikbin yanaşır. “Barselona” rəsmiləri əmindirlər ki, transfer məbləği 100 milyon avronu (200 milyon AZN) ötməyəcək. Hazırda Alvaresin bazar dəyəri təxminən 90 milyon avro (180 milyon AZN) civarında qiymətləndirilir. Ferran Torresin bu sövdələşməyə daxil edilməsi maliyyə yükünü daha da azalda bilər.

İdman.Biz
Избранный
144
1
idman.biz

2Источники