RU

BƏƏ İrandan atılan qanadlı raketləri zərərsizləşdirib

BƏƏ İrandan atılan qanadlı raketləri zərərsizləşdirib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcı təyyarələri İran tərəfindən ölkə ərazisinə atılan pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərə qarşı əməliyyat keçirir.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

"Ölkənin müxtəlif hissələrində eşidilən partlayış səsləri BƏƏ qırıcılarının İrandan buraxılan qanadlı raketləri və PUA-ları zərərsizləşdirməsinin nəticəsidir", — deyə nazirliyin xüsusi bəyanatında qeyd olunur. Qurum həmçinin əlavə edib ki, İranın ballistik raketləri ilə mübarizə üçün hava hücumundan müdafiə (HHM) sistemləri aktivləşdirilib.

Hücumun qarşısının alınmasının yekun nəticələri və mümkün itkilər barədə hələlik detallı məlumat verilməyib.

Избранный
148
afn.az

1Источники