RU

Aleksandr Oveçk 1000 ci şaybasını vurdu

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Vaşinqton Kapitals”ın rusiyalı hücumçusu və kapitanı Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) karyerasının 1000-ci şaybasını vurub.

İdman.Biz xəbər verir ki, bu tarixi qol müntəzəm çempionat və pley-off oyunlarının ümumi statistikası nəzərə alınmaqla qeydə alınıb.

Təcrübəli hokkeyçi yubiley qoluna “Kolorado Evelanş”a qarşı keçirilən matçda imza atıb. Hazırda 40 yaşlı hücumçunun aktivində liqa çempionatlarında keçirdiyi 1562 oyunda 923, pley-off mərhələsinə təsadüf edən 161 görüşdə isə 77 şayba var. Beləliklə, o, ümumi qol sayına görə əfsanəvi kanadalı Ueyn Qretzkinin mütləq rekorduna (1016 qol) bir addım da yaxınlaşıb. Hazırda bu iki ulduz arasındakı fərq cəmi 16 qola bərabərdir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
95
1
icma.az

2Источники