RU

"Arsenal" Liqa Kubokunda uğursuz seriyanı davam etdirdi

"Arsenal" klubu İngiltərə Liqa Kubokunun final oyununda "Mançester Siti" komandasına məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, Beləliklə, bu nəticə London təmsilçisi üçün XXI əsrdə sözügedən turnirin finalında ardıcıl dördüncü uğursuzluq kimi tarixə düşüb. “Arsenal” cari əsrdə dörd dəfə finala yüksəlsə də (2007, 2011, 2018 və 2026), bütün hallarda məğlubiyyətlə üzləşib.

Bu göstərici İngiltərə Liqa Kuboku tarixində turnirin qalibi olmuş klublar arasında ən uğursuz nəticə hesab olunur. İndiyədək bu kuboku qazanmış heç bir komanda ardıcıl bu qədər final uduzmayıb.

Qeyd edək ki, “Arsenal”ın bu turnirdə son qələbəsi 1993-cü ilə təsadüf edir.

Избранный
105
90deqiqe.az

1Источники