RU

Umerov Floridada Ukrayna-ABŞ danışıqlarını dəyərləndirib

Floridada keçirilən Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların son mərhələsi mövqelərin razılaşdırılmasında irəliləyişə nail olmağa imkan verdi.

"Far.Az"un verdiyi məlumata görə, bunu danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə bağlı məsələləri, eləcə əsirlərin mübadiləsi və vətəndaşların geri qaytarılması da daxil olmaqla humanitar gündəliyi müzakirə ediblər.

Umerov qeyd edib ki, danışıqlar aparanlar mövqelərini uyğunlaşdırmaqda və həll olunmamış məsələlərin sayını azaltmaqda irəliləyiş əldə edə biliblər.

Избранный
122
far.az

1Источники