RU

Naxçıvanda ər və arvadın meyiti yaşadıqları evdən tapılıb

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır.

Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda
Избранный
158
22
apa.az

10Источники