RU

Hindistanlı qadın şahmatçı İranla bağlı vəziyyətə görə Namizədlər turnirindən çəkildi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın ən güclü qadın şahmatçısı Hampi Koneru təhlükəsizlik səbəbindən martın 28-də Kiprdə başlayacaq Namizədlər turnirində iştirak etməmək qərarı verib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Turnir Pafos yaxınlığındakı kurortda keçiriləcək. 38 yaşlı Koneru daha əvvəl Yaxın Şərqdəki vəziyyətə görə Kiprə səfəri təhlükəsiz hesab etmədiyini bildirmişdi.

Şahmatçı qeyd edib ki, ona təminatlar verilsə də, mövcud şəraitdə özünü tam təhlükəsiz hiss etmir. Xatırladaq ki, Hampi Koneru qadınlar arasında FIDE reytinqində beşinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
112
oxu.az

1Источники