RU

Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma

Şimal-Qərb Universitetinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, sirkad ritmlərin — bədənin daxili bioloji saatının pozulması yağ hüceyrələrində enerji istehsalına mane olmaqla çəki artımına səbəb ola bilər.

"Ölkə.az" xəbər verir ki, tədqiqatın nəticələri Nature Metabolism jurnalında dərc olunub.

Sirkad ritmlər bədəndə yuxu və orqanizmin temperaturundan tutmuş hormon istehsalına və maddələr mübadiləsinə qədər çoxsaylı prosesləri tənzimləyir. Alimlər yeni tədqiqatlarında enerjini saxlayan və maddələr mübadiləsini tənzimləyən adiposit adlanan yağ hüceyrələrinə diqqət yetiriblər. Onlar bu hüceyrələrin mitoxondrilərini - enerji istehsalından məsul olan strukturları araşdırıblar. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bioloji saat mitoxondrial funksiyanı oksidləşdirici metabolizm prosesi — hüceyrələrin qida maddələrini emal etmək və enerji istehsal etmək üçün oksigendən istifadə etdiyi mexanizm vasitəsilə birbaşa idarə edir.(publika.az)

Избранный
6
3
olke.az

4Источники