RU

Dünyanın ən böyük 10 quşu: 156 kq çəkisi var (SİYAHI/FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Təkamül bəzi quşları əsl nəhənglərə çevirib. Bəzi növlərin çəkisi 100 kiloqramdan çox olur və onlar sürət baxımından peşəkar idmançıları belə geridə qoya bilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "DiscoverWildLife" portalı məlumat yayıb.

Siyahıdakı quşların əksəriyyəti uça bilməyən, uzun ayaqları və güclü boyunları ilə seçilən bezkilya (uçmayan) quşlar qrupuna aiddir. Tarixdə daha iri quşlar da mövcud olub – məsələn, fil quşları (epiornislər) 500 kiloqramdan çox çəkidə olub.

Tarixin ən hündür quşu Yeni Zelandiyada yaşamış nəhəng moa olub – boyu 3,6 metrə çatıb. Bu növ təxminən 1500-cü illərdə insanlar tərəfindən məhv edilib.

Dünyanın ən ağır 10 quşu

Adi dəvəquşu (156,8 kq)

Bu siyahının mütləq lideridir. Çəkisi pianinoya bərabərdir, boyu isə 2,8 metrə çatır. Afrika və qismən Avstraliyada yaşayır. Saatda 65 km sürət yığa bilir və dünyada ən böyük yumurtanı qoyur. Olduqca təhlükəli ola bilər – Cənubi Afrikada hər il dəvəquşu zərbəsindən orta hesabla üç nəfər ölür.

Somali dəvəquşu (130 kq)

Əvvəllər adi dəvəquşunun yarımnövü sayılsa da, indi ayrıca növ kimi tanınır. Afrika Buynuzu bölgəsində yaşayır. Şərqi Afrika rifti populyasiyaları ayıraraq onların ayrı-ayrı inkişafına səbəb olub.

Cənub kazuarı (85 kq)

Boyu təxminən 1,7 metrdir və Avstraliya ilə Yeni Qvineyanın tropik meşələrində yaşayır. Səsi dərin uğultuya bənzəyir və meşə döşəməsində meyvələrlə qidalanır.

Şimal kazuarı (75 kq)

Cənub növünə bənzəyir, lakin bir qədər yüngüldür və boynunda daha parlaq rəngli dəriyə malikdir. Yeni Qvineyanın bataqlıq ərazilərində yaşayır və çox gizli həyat tərzi sürür.

Emu (70 kq)

Avstraliyanın ən hündür quşudur – boyu 1,9 metrə çatır. 1932-ci ildə Avstraliya hökuməti emulara qarşı "müharibə” elan etsə də, quşlar daha çevik olduqları üçün qalib gəlib. Bu gün onlar qitənin simvollarından biridir.

İmperator pinqvini (46 kq)

Siyahıda Antarktidada yaşayan yeganə quşdur. -60 dərəcəyə qədər soyuğa davam gətirir. Sıx tükləri və qalın piy qatı onu qoruyur. Pinqvinlər isinmək üçün qrup halında dayanır və yerlərini dəyişərək növbə ilə isinirlər.

Böyük nandu (40 kq)

Amerika qitəsinin ən böyük quşudur. Argentina və Braziliyada yaşayır. Maraqlıdır ki, 2000-ci ildə Almaniyada fermadan qaçan altı nandu çoxalaraq yüzlərlə fərddən ibarət populyasiya yaradıb.

Ev hindquşu (39 kq)

Siyahıda uça bilən yeganə quşdur, lakin uçuş qabiliyyəti zəifdir. Fermerlər seleksiya yolu ilə onun çəkisini artırıblar. Vəhşi hindquşlarının sayı 1930-cu illərdə kəskin azalsa da, bu gün 7 milyondan çoxdur.

Cırtdan kazuar (34 kq)

Dağlıq ərazilərdə – 3000 metrə qədər yüksəklikdə yaşayır. Boynu mavi-bənövşəyi rəngdədir. Kazuarlar arasında ən kiçik növdür.

Kiçik nandu (28,6 kq)

"Darvin nandusu” kimi də tanınır. Çarlz Darvin bu quşu Pataqoniyada müşahidə edib və bu, onun təkamül nəzəriyyəsinin formalaşmasına təsir göstərib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
qaynarinfo.az

1Источники