RU

Tarix təkrarlanır Almaniya Yaponiyaya hərbi əməkdaşlıq təklif etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Almaniya Yaponiya ilə hərbi tərəfdaşlıq mexanizmi yaratmağı təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, təşəbbüs hər iki ölkənin hərbçilərinin qarşılıqlı şəkildə digərinin ərazisində yerləşdirilməsini asanlaşdıracaq. Bu mexanizm çərçivəsində birgə təlimlər, əməliyyatlar və koordinasiyalı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yaponiya artıq bu cür hərbi əməkdaşlıq razılaşmalarını Birləşmiş Krallıq və Avstraliya ilə imzalayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu təşəbbüsü qlobal gərginliyin artması ilə əlaqələndirib. Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət və Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi faktorlar bu addımı zəruri edir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
106
globalinfo.az

1Источники