RU

​Xanım nazir 3 dəfə dünyanı dövrə vurub

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş son iki ildə 46 dəfə xarici ölkələrdə səfərdə olub. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. KİV xanım nazirin Prezident Rəcəb Tayyip Ərdoğandan daha çox xarici səfərdə olduğunu vurğulayıb. Türkiyə mediasının yazdığına görə, Mahinur Özdemir Göktaş 2023-cü ildən bəri 26 xarici ölkədə olub. Nazir son iki ildə 5 dəfə ABŞ-yə, 4 dəfə isə Misir və Qətərə rəsmi səfər edib. Göktaş bəzən bir ayda üç xarici ölkəyə işgüzar səfərə gedib. Türkiyəli jurnalistlərin hesablamalarına görə, nazir iki il ərzində 290 min kv. kilometr məsafə qət edib.

"Hörmətli xanım nazirimiz iki ildə yeddi dəfə dünyanı dövrə vurub. O, üst-üstə dörd ay dörd gün xarici ölkələrdə gecələyib", - Türkiyə mediası belə yazıb.

Избранный
68
metbuat.az

1Источники