Bakı. Trend:
ABŞ administrasiyasının İrana qarşı əlavə hərbi əməliyyatlarımaliyyələşdirmək üçün kifayət qədər vəsaiti var.
Trend-in məlumatına görə, bu barədə ABŞ maliyyə naziri SkottBessent "NBC" telekanalına müsahibəsində deyib.
"Bu müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulumuz var",- deyə o bildirib.
Bessent qeyd edib ki, ABŞ administrasiyası ordu üçün əlavəvəsait toplamaq məqsədilə vergiləri artırmağı düşünmür.