RU

II İlya dəfn olundu

Gürcüstanın Katolikos-Patriarxı II İlya Sioni Məbədində dəfn edilib.

Publika.az xəbər verir ki, dəfn mərasimindən əvvəl Sioni kilsəsində Patriarxın ruhuna dualar oxunub, xatirə mərasimi keçirilib.

Patriarx II İlya Sameba (Müqəddəs Üçlük) Kafedralından Sioni məbədinə böyük izdihamın müşayiəti, “Səni sevirik, Patriarx!” şüarları və alqışlarla yola salınıb. Sameba kilsəsindən Sioni kilsəsinə qədər olan yol boyunca əllərində Gürcüstan bayraqları tutan hərbi qulluqçulardan ibarət fəxri qarovul düzülüb.

Minlərlə insanın iştirak etdiyi vida mərasiminə müxtəlif ölkələrdən və kilsələrdən yüksəksəviyyəli nümayəndə heyətləri qatılıb.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər.

Избранный
116
3
publika.az

6Источники