Premyer-liqanın səfər matçında “Brayton”a 1:2 hesabı ilə uduzan “Liverpul” antirekord müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, bu məğlubiyyətlə mersisaydlıların cari mövsümdə çempionatda uduzduqları oyunların sayı 10-a çatıb. Arne Slotun komandası 31 turda 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.
“Liverpul” sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə 10 il əvvəl, 2015/16 mövsümündə çatıb. Xatırladaq ki, həmin mövsümün gedişində - 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта